Çərşənbə , Oktyabr 14 2026
azfa

İsrail Hərbi Hava Qüvvələri İrandakı hədəflərə hücumu simulyasiya etmək üçün hərbi təlim keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Hərbi Hava Qüvvələri İrandakı hədəflərə hücumu simulyasiya etmək üçün hərbi təlim keçirib.

“İ24 News”un məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Şərqi Aralıq dənizi üzərində ABŞ ordusu və Kipr Milli Qvardiyası ilə koordinasiyada birgə təlim keçirib.

Məlumata görə, hərbi təlim “İrana hücum ssenarisi” üçün simulyasiya edilib və “uzaqdan hədəfə hücum” kimi təlimləri əhatə edib.

Eyni zamanda İsrail Xarici İşlər Nazirliyi Azərbaycan, Türkiyə, Ermənistan və Türmənistanda olan vətəndaşlarına xəbərdarlıq edib. Onlardan diqqətli olmaları tələb olunub və bildirilib ki, İran tərəfindən hücuma məruz qala bilərlər.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …