Cümə axşamı , Dekabr 2 2021
azfa

İsrail Hizbullah terrorçuları və İrana bağlı terrorçuların Dəməşqdəki mövqelərini bombaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Hizbullah terrorçuları və İrana bağlı terrorçuların Dəməşqdəki mövqelərini bombalayib. Suriya dövlət televiziyonu Dəməşqdə hava hücumunun dəf edildiyini iddia etsə də, Suriyada baş verənlərlə bağlı müşahidəçi qrupu İsrailin Livanın Hizbullah və İrana bağlı yaraqlıların Dəməşq ətrafındakı mövqelərini hədəf aldığını bildirib.

Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzindən verilən məlumata görə, İsrail Livanın İrana bağlı Hizbullah terror qruplaşması və İranın dəstəklədiyi terrorçulara aid Dəməşqin ətrafındakı mərkəzlərini və silah anbarlarını üç raketlə vurub ki, nəticədə partlayış baş verib.

“Əl-Ərəbiyyə” kanalı da bu haqda xəbər verir: “Raket zərbələri Suriya paytaxtında və Dəməşqlə Homs arasındakı əl-Qələmun bölgələrində yerləşən Əl-Məze və Cəbəl əl-Qasyun hava payqahlarını hədəf alaraq güclü partlayışlara səbəb olub”.

Suriya mətbuatı da Dəməşq ətrafında bir neçə partlayışın eşidildiyini etiraf edib.

Həmçinin yoxlayın

Qarabağdakı separatçılar qışdan çıxmaq üçün Bakıdan qaz istəyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçılar qışdan rahat çıxmaq üçün Bakıdan qaz …

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …