Cümə axşamı , Aprel 15 2021
azfa

İsrail İran gəmisini raketlə vurdu; İran gizlətməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail İran gəmisini raketlə vursa da, İran məsələni gizlətməyə çalışır.

İranın “Mehr” Agentliyi hücum iddiasını təkzib edərək əsassız xəbər olduğunu iddia edib.

Ərəb mediasında yer alan xəbərlərə görə, gəmi hücum zamanı böyük ziyan çəkə bilər. Gəminin İsrail tərəfindən raketlə vurulduğunu yazan ərəb mətbuatına görə, gəmi Qırmızı dənizin cənubunda Yəmən istiqamətində hərəkət edib. Gəminin terrorçu Sepaha aid olduğu bildirilir.

Qeyd edək ki, martın 25-də İsrail mediası ölkəyə aid yük gəmisinin Oman körfəzində İran tərəfindən raket hədəfinə alındığını açıqlamışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …