Şənbə , Oktyabr 16 2021
azfa

İsrail İran göründüyündən də zəif və çarəsiz olduğunu bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Baş naziri Naftali Bennet BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi siyasi müzakirələrində deyib ki, İran Yəmən, İraq, Suriya və Livandakı müttəfiq qüvvələrini pilotsuz təyyarələrlə təchiz etməyi planlaşdırır.

“İran Yəməndə, İraqda, Suriyada və Livandakı əlaltılarını yüzlərlə, gələcəkdə isə minlərlə ölümcül pilotsuz təyyarə ilə silahlandırmağı planlaşdırır. Onlar bu öldürücü güc vasitəsi ilə Yaxın Şərq səmasını örtməyi planlaşdırırlar”, – deyə Naftali Bennet vurğulayıb.

İsrailin Baş naziri nitqinin davamında bəyan edib ki, İsrail İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcək:

“İran göründüyündən də zəif və çarəsizdir. İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …