Çərşənbə , Aprel 22 2026
azfa

İsrail İrana hücum etməyə hazır olduğunu elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail müdafiə naziri Benni Qantz Tehranın Yaxın Şərq və dünya, eləcə də ölkəsi üçün təhdid olduğunu və İranı vurmağa hazır olduqlarını bildirib.

Bu barədə Benni Qantz “Yediot Aharonot” qəzetinə müsahibəsində deyib.

B.Qantz son günlərdə Təl-Əvivlə Tehran arasında artan gərginliyi qiymətləndirib:

“İran regional və beynəlxalq bir problemdir. Dünya bunun nümunəsinə cümə günü şahid oldu. Bu, hər kəsin başına gələ bilər”.

Qeyd edək ki, ötən həftənin cümə günü Oman körfəzində İsrailə məxsus “Mercer Street” tankeri hücuma məruz qalmışdı. Hücumun İran tərəfindən edildiyi bildirilir.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …