Çərşənbə axşamı , Avqust 16 2022
azfa

İsrail: İrana qarşı hərəkətə keçməliyik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin müdafiə naziri Benni Qantz İranın nüvə proqramların əməl etməməklə bağlı deyibb ki, İran imzaladığı müqavilələrə əməl etmir və buna görə də gələcəkdə heç bir razılaşmaya əməl edəcəyinə inanmaq üçün əsas yoxdur. Hərəkət etməyin vaxtıdır. Hələ də nüvə razılaşmasının tərəfləri olan ölkələri bu müqavilədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etməyə çağırıram.

Nazir qeyd edib ki, Rusiya və Çin də daxil olmaqla, bütün dünya güclərinin qlobal sabitliyi qorumaq üçün kampaniyaya qoşulma vaxtı çatıb.

Müdafiə naziri rəsmi Tehranı İranın iqtisadi, siyasi və hərbi məqsədlərinə çatmasına kömək edən mütəşəkkil terrorçu ordularından istifadə etməkdə günahlandırıb.

Qantzın sözlərinə görə, İranın mərkəzindəki Kaşan poliqonundakı baza Yəmən, İraq, Suriya və Livandan olan terrorçuları hazırlamaq və onlara İran istehsalı PUA-nın idarə olunmasını öyrətmək üçün istifadə olunur.

Həmçinin yoxlayın

İran hökumətinin ideoloqu Azərbaycan barədə hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran mediasında və sosial şəbəkələrdə İran …

Xiyavda Urmiya gölü ilə bağlı posterlər yapışdırıldı; Urmu gölü can verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav (Meşgin) şəhərində Urmiya gölünün qurudulması …