Bazar , Sentyabr 19 2021
azfa

İsrail İrana qarşı tək başına hərəkət edə biləcəyini bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin baş naziri Naftali Bennett Tehran rəhbərliyinə gözdağı verərək ölkəsinin İrana qarşı tək başına hərəkət edə biləcəyini söyləyib.

Bennett İsrail ordusunun Şimal Komandanlığını ziyarəti zamanı 29 iyulda ölkəsindəki bir şirkətə məxsus “Mercer Street” gəmisini hədəf alan hücuma münasibət bildirib.

Bennett hücumla bağlı İranı günahlandıraraq deyib:

“İranın gəmiyə hücumundan dərhal sonra kəşfiyyamıtızı ABŞ, İngiltərə və digər ölkələrdəki dostlarımızla paylaşdıq. Hadisənin arxasında kimin olduğuna dair heç kim şübhə etməsə də, əmin olmaq üçün konkret sübutlar təqdim etdik. Gəmi və İran mövzusunda beynəlxalq ictimaiyyəti bir araya gətirmək üçün cəhd göstəririk, ancaq tək başımıza davranmağı da bilirik. İranlılar başa düşməlidir ki, Tehranda dinc oturub bütün Orta Şərqi oradan yandırmaq mümkün deyil”.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəallar …

Rus gəmilərin Bakıda “Mehtər” marşı ilə qarşılanması…

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi – “Astraxan” …