İsrail İranım hərbi obyektlərinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gecə İsrail İrana qarşı xüsusi hərbi əməliyyat keçirib.

 “Al Arabia” bununla bağlı yazıb ki, ötən gecə İran ərazisində bir neçə partlayış baş verib, havada hərbi təyyarələr görünüb.

“İsrail İranda xüsusi əməliyyat keçirib. İsrail PUA-ları İranın Təbrizdəki pilotsuz təyyarə zavoduna, İsfahandakı hərbi obyektə və Mallarddakı sursat anbarına hücum edib”, – məlumatda birində deyilir.

“Al Arabia”-nın yazdığına görə, İsrailin məqsədi İranın hərbi infrastrukturunu məhv etmək olacaq.

Qüds hər hansı aksiyanın başladığını elan etməyib. Bu arada Tehran partlayışlar barədə rəsmi məlumat verməyib.

Bundan əvvəl bildirilib ki, ötən gecə İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki sursat anbarında pilotsuz təyyarənin hücumu nəticəsində güclü partlayış baş verib. Qeyd edilib ki, pilotsuz təyyarələrdən biri vurulub, digər ikisi isə tutularaq məhv edilib.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …