Şənbə , Noyabr 27 2021
azfa

İsrail molla rejiminə hücum üçün təlimlərə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Tayms of İsrail” yazır ki, İsrail Hərbi Hava Qüvvələri (İAF) növbəti ilin əvvəlində İranın nüvə təsisatlarının vurulması ilə bağlı təlimlərə başlayacaq.

Bildirilib ki, Təl-Əviv son aylarda bununla bağlı hazırlıqları sürətləndirib.

“Vaşinqton-Tehran arasında 2015-ci ildə imzalanan razılaşmadan sonra İsrail İranın nüvə obyektlərinə hücum məsələsini ikinci plana atdı. ABŞ-ın 2018-ci ildə razılaşmadan çıxmasından sonra hərbi plan yenidən İsrail üçün gündəmə gəldi. Yeraltı nüvə obyektlərini vurmaq xüsusi silah-sursat və taktiki gedişlər tələb edir. İsrail HHQ mümkün hücumda İranın havadan müdafiə sistemləri ilə də mübarizə aparmalı olacaq”, – deyə məqalədə bildirilib.

Qeyd edək ki, bundan öncə İranın nüvə təsisatlarına hücum qabiliyyətinin artırılması üçün İsrail hökumətinin 5 milyard şekel (1,53 milyard dollar) ayırdığı iddia edilmişdi.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …