Çərşənbə axşamı , İyul 15 2025
azfa

İsrail molla rejimin nüvə obyektlərinə hücumu gücləndirəcəyini deyir

GADTB: İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Təl-Əvivin İranın nüvə proqramına qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığını açıqlayıb.

Bu barədə İsrail Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelman özünün Teleqram kanalında məlumat yayıb.

“ÇAXAL İran rejiminin davam edən təcavüzünə cavab olaraq, İran ərazisində nüvə proqramına qarşı əməliyyatı genişləndirir”, – Gendelman bildirib.

O əlavə edib ki, İsrail ballistik raket buraxılış məntəqələri, hərbi bazalar və strateji infrastruktur da daxil olmaqla, onlarla əsas hədəfi vurur.

Qeyd edək ki, İsrail 13 iyundan İranın nüvə və hərbi obyektlərinə zərbələrə başlayıb.

Bu arada isə İranda İsrail zərbələri zamanı daha üç nüvə aliminin öldürüldüyü bildirilir.

Öldürülən alimlərin Əli Bekai Kərimi, Mənsur Əsgəri və Səid Borci olduğunu qeyd edilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oytanın 15 iyulda Türkiyə hakimiyyətinə qarşı  çevriliş cəhdi barədə bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

Xameneyinin müşaviri yenə müstəqil Azərbaycanın daxili işlərinə qarışır

GADTB: İranın ali rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Pakistanın daxili işlər naziri …