Bazar , Sentyabr 20 2026
azfa

İsrail ordusu Suriyada Sepah zabitlərini həbs edərək İsrailə aparıb

GADTB: İsrail ordusu Sepah-ın Qüds qanadının zabitlərini Suriyada həyata keçirdiyi gizli əməliyyatla həbs edərək İsrailə gətirib.

“The Jerusalem Post” və “Ynet”in məlumatına görə, əməliyyat İranın İsrailə qarşı planlaşdırdığı hücumun qarşısını almaq məqsədi daşıyıb.

Hərbi əməliyyat dünən gecə saatlarında başlayıb və Qüds qanadının zabitləri yatarkən bir neçə nöqtədə eyni anda həyata keçirilib.

Əməliyyat İsrail Müdafiə Qüvvələrinin ehtiyat briqadası olan 7012-ci batalyonun rəhbərliyi ilə, xüsusi təyinatlı bölmələr və kəşfiyyat qruplarının iştirakı ilə keçirilib. İsrailli komandanlar bildiriblər ki, əməliyyat uzunmüddətli kəşfiyyat və planlaşdırmanın nəticəsidir və İranın bölgədəki terror şəbəkəsinin ifşası baxımından əhəmiyyətlidir. İsrail ordusu əməliyyatın Suriyada İranın təsirini zəiflətmək üçün mühüm addım olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …