Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İsrail rəsmisinın İranla yeni müharibənin yüksək intensivliklə başlaya biləcəyini yazıb

GADTB: İsrail hərbi kəşfiyyatının İran bölməsinin keçmiş rəhbəri Dennis Sitrinoviç İranın hazırkı vəziyyətini “yeni hərbi qarşıdurma doğura biləcək strateji dilemma” kimi dəyərləndirib.

“Israel-Hume” qəzetinə müsahibəsində Sitrinoviç bildirib: “Biz çox yüksək intensivliklə dərhal başlaya biləcək bir müharibədən danışırıq”.

Onun sözlərinə görə, İsrail və İran arasında növbəti mümkün müharibə, əvvəlki qarşıdurmaların bitdiyi yerdən — yəni çox yüksək gərginlik nöqtəsindən — başlayacaq ki, bu da onu daha təhlükəli edir.

O, deyib ki, İranın mövcud durumu bir neçə ciddi faktordan qaynaqlanır:

🔹İsraillə son müharibənin nəticələri;

🔹İranın bölgədəki proksi qüvvələrinin səmərəsiz fəaliyyəti;

🔹ölkə daxilində dərinləşən su böhranı və sosial gərginlik;

🔹“Snapback” mexanizminin işə salınması ehtimalı.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …