GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail Sepah-ın kriptovalyuta hesablarını ələ keçirib. Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Qalant İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri və Livan Hizbullahı ilə əlaqəli rəqəmsal hesabların ələ keçirildiyini və milyonlarla dollarlıq rəqəmsal valyutanın müsadirə edildiyini bildirib.
Nazir rəqəmsal hesabların ələ keçirilməsinin bir neçə gün əvvəl həyata keçirildiyini və bunun Livanda SEPAH və Hizbullah ilə əlaqəli aktivlərə qarşı ilk əməliyyat olduğnu qeyd edib.
“Mən ilk dəfə olaraq açıqlamaq istərdim ki, bir neçə gün əvvəl rəqəmsal valyutalardan istifadə edərək terrorizmin maliyyələşdirilməsi oxunun ifşası üzrə geniş və görünməmiş əməliyyat başa çatıb. Bu Hizbullah və İranın Qüds qüvvəkərinin rəhbərlik etdiyi infrasrukturun terror ünsürlərinin istifadəsi üçün milyonlarla dolların ötürülməsinin qarşısınln alındığı ilk hadisədir”, – nazir bildirib.
Qeyd edək ki, İran İslma Respublikası HƏMAS, Hizbullah və İslami Cihad silahlı qruplaşmalarına geniş maliyyə və silah dəstəyi verir. HƏMAS və Hizbullah İsrail və bir sıra digər ölkələrdə terrorçu siyahısındadır.