Cümə axşamı , Noyabr 14 2024
azfa

İsrail Suriyada silah anbarını bombalayıb, Sepah-ın hərbi müşaviri öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Sepah-ın Suriyadakı hərbi müşaviri Məcid Divanini üç gün əvvəl öldürüb.

O, İsrailin Dəməşq ətrafına endirdiyi zərbələr zamanı aldığı yaralardan ölüb. Oktyabrın 1-də İsrail Qolan təpələrindən paytaxt Dəməşqin müxtəlif nöqtələrinə hava zərbələri endirmişdi.

Həmçinin İsrail Suriyanın qərbindəki Cebla sahil şəhərindəki sursat anbarına hücum edib. İrandan bura silahların gətirildiyi bildirilirdi.

Daha əvvəl Suriya nəşrləri Latakiya liman şəhəri üzərində səmada partlayış səslərinin eşidildiyini bildirmişlər. Partlayış səsləri Rusiya bazasının yerləşdiyi Tartusda da eşidilib.

Həmçinin yoxlayın

Hakan Fidan: “Ahıska türklərinə dəstəyimizi davam etdirəcəyik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici işlər naziri Hakan Fidan dünyanın müxtəlif …

ABŞ əsgərləri Cənubi Kiprdəki bazada işlərini gücləndirdi

GADTB: ABŞ Cənubi Kipr Rum Administrasiyasının onlara verdiyi köhnə türk kəndi Taltlısuda (Mari) vertolyot bazası …