Çərşənbə axşamı , İyul 15 2025
azfa

İsrail Tehranın qərbindəki hərbi obyektlərə güclü zərbələr endirib – Video

GADTB: İsrail Tehranın qərb hissəsində yerləşən hərbi obyektlərə güclü hava hücumu təşkil edib.

Hücum nəticəsində zərər və ya insan tələfatı barədə məlumat verilməyib.

Hücum zamanı Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb.

Qeyd edək ki, İsrail 13 iyun gecəsi İranın nüvə proqramına qarşı yönəlmiş “Qalxan Şir” əməliyyatına başlayıb. Bundan bir gün sonra İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə isə tərəflər qarşılıqlı raket zərbələri ilə bir-birinə hücum ediblər.

Tərəflər hücumlar nəticəsində ölən və yaralananların olduğunu, həmçinin bir sıra obyektlərin vurulduğunu təsdiqləsələr də, zərərin məhdud olduğunu bildiriblər.

İsrailin İrana endirdiyi zərbələr nəticəsində hələlik azı 406 nəfər ölüb, 654 nəfər yaralanıb.

Video:

https://t.me/GADTB1/43049

Həmçinin yoxlayın

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

GADTB: ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Moskvanı vurmağı təklif edib. Bu barədə …

Azərbaycanlı yazıçı və rejissor Əli Qıbçaqşahinin vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB: Qərbi Azərbaycanın Sulduz (Nəqəde) şəhər sakini, azərbaycanlı yazıçı və teatr rejissoru Əli Qıbçaqşahi vəsiqə …