Bazar , Oktyabr 18 2026
azfa

İsrail və Amerika İranın nüvə obyektlərinə hücum ssenarisini imitasiya etməklə böyük təlim keçirir

GADTB: Amerika və İsrailin keçirdiyi birgə hərbi təlimdə uzun uçuşlar və yanacaq dolduran təyyarələr İranın nüvə obyektlərinə hücum ssenarilərini simulyasiya etməklə istifadə olunur.

İsraildə çıxan “Jerusalem Post” qəzeti İranın nüvə obyektlərinə hücum ssenarilərini imitasiya edərək, noyabrın 29-da ABŞ və İsrailin birgə hərbi təlimlər keçirdiyini açıqlayıb.

Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələrinin son illərdəki ən böyük təlimlərindən biri olan bu təlim, İsrail pilotlarının İrana çatması üçün lazım ola biləcək uzaq məsafəli uçuşları ehtiva edir.

“Jerusalem Post” yazıb ki, bu, son illərdə İsrail və ABŞ-ın keçirdiyi ən böyük birgə hava təlimlərindən biridir və 3 dekabradək Aralıq dənizi və İsrail üzərində keçirilməsi planlaşdırılıb./Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …