GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Qəzza zolağında xəstəxananı vurması barədə xəbərləri təkzib edib. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat və peyk görüntüləri yayıb.
Bununla bağlı İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumatda müvafiq peyk görüntüləri yerləşdirilib. İsrail ordusu qeyd edib ki, aviasiya bombası və ya raketlə havadan zərbə endirilən zaman sursatın düşdüyü ərazidə 7-19 metr diametrdə krater əmələ gəlir.
Videoda xəstəxananın vurulmasından əvvəl və sonrakı görüntülər öz əksini tapıb, ərazidə aviazərbə nəticəsində kraterin yaranmadığı görünür.