Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İsrail Xameneinin yerinə gələcək şəxsi öldürməklə hədələyib

GADTB: Əli Xameneinin yerinə təyin ediləcək hər hansı bir şəxs açıq hədəf olacaq və aradan qaldırılacaq. Bu barədə İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında bildirib.

Nazir qeyd edib ki, İran tərəfindən İsraili məhv etməyi, ABŞ-ı və azad dünyanı, region ölkələrini təhdid etməyi və İran xalqını təzyiq altında saxlamağı davam etdirmək üçün təyin edilən lider açıq hədəf olacaq və aradan qaldırılacaq.

Katzın sözlərinə görə, onun adı nə olursa-olsun və harada gizlənirsə-gizlənsin, heç bir fərqi yoxdur.

“Biz amerikalı tərəfdaşlarımızla birlikdə rejimin imkanlarını dağıtmaq və İran xalqının onu devirmək və başqa bir hakimiyyətlə əvəz etmək üçün şərait yaratmaq məqsədilə tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik”, – Katz vurğulayıb.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …