Cümə , Aprel 19 2024
azfa

İstanbulda “Stop-Metsamor” mövzusunda tədbir keçirilib

GADTB-nin Mətbuat Mərkəzinin “AZƏRTAC”a istinadən yaydığı məlumata görə, İstanbulda İğdırın erməni işğalından azad olunmasının 97-ci ildönümü ilə əlaqədar və “Stop-Metsamor” mövzusunda tədbir keçirilib.

İğdırlılar Dərnəyinin təşkil etdiyi tədbir Türkiyənin istiqlal marşının oxunması ilə başlanıb.

Sonra Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İğdırlılar Dərnəyinin sədri Hadi Akmugan, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, tədqiqatçı-yazıçı Mətin Yıldırım və AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtı tədbirdə çıxış ediblər.

Hadi Akmugan rəhbərlik etdiyi təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Sonra İğdırın sosial həyatı və “Metsamor” AES-in bölgəyə yaratdığı təhlükəni əks etdirən film nümayiş olunub.

Mətin Yıldırım Ermənistan silahlı qüvvələrinin XX əsrin əvvəllərində Azərbaycanda və Türkiyədə törətdikləri soyqırımları barədə iştirakçılara məlumat verib. O diqqətə çatdırıb ki, Xocalı soyqırımı erməni cəlladların türk-müsəlman dünyasına qarşı düşmənçilik münasibətlərinin bariz nümunəsidir.

Səfər Qaraqoyunlu “Metsamor” Atom Elektrik Stansiyasının bölgə üçün yaratdığı təhlükədən danışıb, faktlar əsasında məlumat verib.

Ermənilərin zaman-zaman Azərbaycanda və Türkiyədə törətdikləri soyqırımı, terror aktları ilə “Metsamor” AES arasındakı əlaqələrdən danışan Sabir Şahtaxtı əsaslandırıb ki, ermənilər tərəfindən bu vaxta qədər törədilən bütün təcavüzkarlıq əməlləri və “Metsamor” təhdidi uydurma “Böyük Ermənistan” iddiasının tərkib hissəsidir.

Qeyd edək ki, işğalçı Ermənistan əsassız ərazi iddiaları, eləcə də Azərbaycana qarşı işğalçılıq və soyqırım siyasətini davam etdirməklə yanaşı Metsamor Atom Elektrik Stansiyası ilə bütün bölgəni təhlükə altında qoyur. Bu stansiyanın zərərli tullantıları Araz çayına axıdılır və Ərdəbil vilayətinin əhalisində xərçəng xəstəliyinə səbəb olur. Həmçinin heç bir təhlükəsizlik qaydalarına cavab verməyən stansiya hər an qəza törədərək yeni Çernobil faciəsi ilə Azərbaycan və Türkiyəni üz-üzə qoymaqdadır.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …