Bazar ertəsi , Avqust 24 2026
azfa

İstanbulda Türk Dövlətlər Təşkilatına üzv ölkələrin qeyri-rəsmi görüşü keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 2-də İstanbulda Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının xarici siyasət məsələləri üzrə köməkçilərinin (müşavirlərinin) qeyri-rəsmi görüşü keçirilib.

Təşkilatın İstanbuldakı binasında keçirilən tədbirdə üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Katibliyin təmsilçiləri də iştirak ediblər.

Görüşdə üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanaraq, Təşkilatın fəaliyyətinin genişləndirilməsinin önəmi qeyd olunub.

Nümayəndə heyətləri bölgədə və onun hüdudlarından kənarda sülhün, sabitliyin və firavanlığın təşviq edilməsi, birgə təşəbbüslər üçün potensial imkanları dəyərləndiriblər.

Toplantı “Türk Dünyasına Baxış-2040” və “TDT 2022-2026 Strategiyası” çərçivəsində Türk Dövlətləri Təşkilatının inkişaf edən qlobal mühitdə türk dövlətləri arasında daha dərin əməkdaşlığın təşviq olunması öhdəliyinə uyğun olaraq, konstruktiv dialoq və strateji planlaşdırma baxımından platforma rolunu oynayıb.

Həmçinin yoxlayın

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin 59-cu doğum gününü həbsxanada keçirdi

GADTB: Avqustun 23-ü Azərbaycanın milli-mədəni fəalı və siyasi məhbus Abbas Lisaninin 59 yaşı tamam oldu. …

Molla rejimi gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə təsdiqlədi

GADTB: Molla rejimi gəli əldə etmək məqsədilə gəmilərin Hörmüz boğazından keçidinə görə haqq alınmasını parlamentdə …