Şənbə , Sentyabr 19 2026
azfa

İsveç kəşfiyyatı: İran öz rəqiblərini hədəfə almaq üçün İsveç cinayətkar dəstələrindən istifadə edir

GADTB: İsveçin Milli Təhlükəsizlik Xidməti “SAPO”  İranın digər ölkələrə, qruplara və şəxslərə qarşı zorakılıq hərəkətləri etmək üçün İsveç daxilində “cinayət şəbəkələrindən” istifadə etdiyini açıqlayıb.

Məlumata görə, bu fəaliyyətlər əsasən xaricdəki İrana müxalif qrupları və ayrı-ayrı şəxsləri hədəf alır, eyni zamanda İsrail kimi digər ölkələrin nümayəndələrini də əhatə edir.

İsveç Kəşfiyyat Xidməti xəbərdarlıq edib ki, “belə hərəkətlər İsrail və yəhudilərin İsveçdəki maraqlarına, məqsədlərinə və fəaliyyətlərinə zərər vurmaq məqsədi ilə həyata keçirilə bilər”.

“SAPO” bəyanatında bildirilir ki, İran İsrailə və İsveçdə Tehranın təhlükə hesab etdiyi digər ölkələrə və qruplara qarşı “zorakı hərəkətlər” tətbiq etmək üçün bəziləri uşaq olan İsveç cinayətkar dəstələrinin üzvlərini işə cəlb edir./ Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …