İsveçin müdafiə naziri PKK terrorçularını dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveç müdafiə naziri Peter Hultqvist Suriya Demokratik Qüvvələrinin adı ilə özünü təqdim edən terror qruplaşmasının komandiri Fərhad Abdi Şahinlə videokonfrans vasitəsilə keçirdiyi görüşdə deyib ki, İsveç dövləti olaraq SDQ (YPG/PKK) ilə uzun müddət əməkdaşlıq etməyə və köməklik göstərməyə hazırıq.

O bildirib ki, yeni həbsxanaların inşası və məhbuslarla bağlı həll yolu tapılmalıdır:

“Şəxsən mən yeni və inkişaf etmiş həbsxana mərkəzləri inşa etmək, eyni zamanda, köhnə həbsxanalardakı şəraitin yaxşılaşdırılması üzərində işləyirəm. Bu məsələni hökumətim və müttəfiqlərimlə müzakirə edəcəyəm”.

Nazir bildirib ki, YPG/PKK-ya bağlı “muxtar rəhbərliyi” dəstəkləmək üçün Suriyanın şimal-şərq bölgələrinə xüsusi nümayəndənin göndərilməsi məsələsini İsveç kökuməti ilə danışacaq.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …