Cümə , Oktyabr 16 2026
azfa

İsveçin NATO-ya üzvlüyünün təsdiqini nəzərdə tutan layihə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılır

GADTB: İsveçin Şimali Atlantika Alyansına (NATO) üzvlüyünün təsdiqini nəzərdə tutan layihə noyabrın 16-da Türkiye Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasında müzakirəyə çıxarılacaq.

İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı təklif ötən ay Türkiye Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasına təqdim olunub.

İsveçin Şimali Atlantika Alyansına (NATO) üzvlüyünün təsdiqini nəzərdə tutan layihə qəbul edilərsə, parlamentdə səsverməyə çıxarılacaq. Qəbul edilsə, Prezident Tayyib Ərdoğan tərəfindən imzalanaraq qüvvəyə minəcək.

İsveç Parlamentinin Xarici Əlaqələr Komissiyasının İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi ilə bağlı qanunun müzakirəsinə başlaması barədə qərarını alqışlayıb.

İsveçin xarici işlər naziri Tobias Billstrom deyib: “Biz bu qərarı alqışlayırıq. İsveç NATO-ya üzv olmağı səbirsizliklə gözləyir”.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …