İtaliyada Hizbullahın 1 milyard dollar dəyərində 15 ton narkotik vasitəni ələ keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İtaliya polisi Hizbullahın 1 milyard dollar dəyərində 15 ton narkotik vasitənsini ələ keçirib.

İtaliya mediasının yaydığı məlumata görə, Neapol şəhərinin Prokurorluğunun apardığı tədqiqatlar nəticəsində məlum olub ki, 3 kantenerdə yerləşdirilərək qanunsuz yollarla ölkəyə gətirilən bu narkotik vasitələr Livanın Hizbullah təşkilatına məxsusdur.

Narkotik vasitələr qeyri-qanuni yollarla Suriyadan İtaliyaya gətirilib və bu ölkənin polisinin keçirdiyi əməliyyat nəticəsində yayda ələ keçirilib.

Beləliklə, İrana bağlı olan terrorçu Hizbullah-ın narkotik qaçaqmalçılığı ilə də məşğul olduğu sübut edilir.

İtaliya polisi və məhkəmə orqanları bu səbəbdən ilkin olaraq onun “İŞİD” terror təşkilatı tərəfindən ölkəyə gətirilməsindən şübhələniblər. Lakin aparılmış istintaq işi narkotik vasitənsini Hizbullaha aid olması sübut olub.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın