Şənbə , İyun 13 2026
azfa

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür mərkəzində “Urmu gecəsi” adlı musiqili tədbir keçirilib.

Konsert proqramında Güney Azərbaycan Kültür Mərkəzinin başqan yardımçısı Məsud Haray və təşkilatın sözcüsü Pınar Şakir və şair İsmayıl Ülker çıxış edib. Tədbirdə Urmu gölü faciəsi ilə videoçarx nümayiş etdirilib.

Həmçinin Güney Azərbaycanın dəyərli mədəniyyət xadimlərinin mükafatlandırma mərasimi keçirilib. Musiqili gecədə Güney Azərbaycanın tanınmış müğənniləri Cavid Təbrizli, Xosrov Hakan Əmiri, Fərhad Əmiri, Sonay Ruhi mahnılar səsləndiriblər.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …