Bazar , Dekabr 15 2024
azfa

JNS: “Ermənistan İranın daha bir proksisi ola bilər”

GADTB: “Jewish News Syndicate” saytında professor Andrey Kazantsev Vaysmanın məqaləsində yazılıb ki, İsrail Ermənistanın İranın növbəti proksi qüvvəsinə çevrilməsində və yəhudi dövlətinə qarşı müharibədə istifadə olunmasında maraqlı deyil.

Müəllifin fikrincə, Ermənistan vasitəsilə İrana potensial hərbi texnologiya və ya silah ötürülməsi İsrailin milli təhlükəsizliyinə birbaşa təhdid yarada bilər.

Yazıda qeyd olunub ki, İsrail-Azərbaycan əlaqələri Tehranın Bakıya qarşı təzyiqlərinə, o cümlədən İran casuslarının Bakıya qarşı anti-Azərbaycan təbliğatına çəki qazandırır.

Digər tərəfdən, İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Azərbaycan əhalisinin bir hissəsinin İranın nəzarətində olan ərazidə yaşadığı Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi məsələsi olması da məqalədə vurğulanıb. / Azad İran

Həmçinin yoxlayın

Türkiyənin Suriyadakı səfirliyi açıldı

GADTB: Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib. …

İranın zəifləməsinin açarı Türkiyədir

GADTB:  “Türkiyə İranın zəiflədilməsi və Ukraynadakı müharibənin başa çatdırılması üçün açardır”. Bunu ABŞ-ın BMT-dəki keçmiş …