Çərşənbə , Avqust 12 2026
azfa

Kərəcdə azərbaycanlılar Dünya Ana Dili Günü tədbiri keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən fevral ayının 21-də Azərbaycanın tarixi ərazisi olan Kərəcdə bir qrup azərbaycanlı şair, yazıçı və fəal Dünya Ana Dili Günü tədbiri keçiriblər.

Tədbirdə Azərbaycan şairləri, ədəbiyyatçıları və tanınmış ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları qeyri-farslar, o cümlədən Azərbaycan türk millətinin hüquqlarının müdafiəsi istiqamətində “konstitusiyanın icra edilməmiş maddələrinin icra edilməsini”, “Türk dilinin rəsmi dil edilməsini”, “Mədəni və ictimai ədalətin icrası”, “İctimai ayrıseçkiliyin aradan qaldırılması”nı tələb ediblər.

Qeyd edək ki, Kərəc mərkəz olmaqla Əlborz vilayəti tarixi Azərbaycan ərazisidir və hazırdada buranın əhalisinin 70 faizi azərbaycanlılardan ibarətdir.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın