Cümə axşamı , Oktyabr 15 2026
azfa

Kərim İsmayılzadə ağır mədə qanaxması səbəbindən zindandan Təbrizin İmam Rza xəstəxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda mədəni-ekoloji fəaliyyətinə görə 6 aylıq həbs cəzası çəkən azərbaycanlı idmançı və mədəni fəal, “Urmu Araz üçün Birlik” kampaniyasının yaradıcısı Kərim İsmayılzadə mədə qanaması ilə əlaqədar Təbriz həbsxanasından Təbrizin İmam Rza xəstəxanasına köçürülüb. Azərbaycanlı fəalın həyatının ciddi təhlükədə olduğu və komaya düşmə ehtimalınən yüksək olduğunu bildirirlər. 

Təbrizdə həbsxana rəhbərliyi Kərim Bokserin müalicəsinin mütəxəssis həkimlərin nəzarəti altında həbsxanadan kənarda davam etdirilməsi və hətta bu fəala həkimlərin yazdığı dərmanların verilməsinin qarşısını alıblar.

Aydındır ki, siyasi məhbusların həyatını xilas etmək hökumətlərin vəzifələrindəndir və İslam Respublikası məhbusların həyatını xilas etməyə ən az diqqət yetirən hökumətlərdən biridir və bəzən siyasi məhbusların öldürülməsinə səbəb olub.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …