Bazar , Sentyabr 20 2026
azfa

Kərkük Univeristetinin müəllimi: “Təbrizin potensiallarından yararlanmaq istəyirik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kərkük Univeristetinin müəllimi prof. Saleh Hüseyn Əkbər Təbrizin Şəhər Şurasının sədri ilə görüşündə Təbrizlə iqtisadi-mədəni əlaqələrinin inkişaf etdirilməsinin iki şəhərin xeyrinə olduğunu deyib.

“Təbriz meqaşəhər olaraq yüksək potensiallara malik olduğundan, həmçinin Kərkükla mədəni, dil oxşarlıqlarına və məsafə yaxınlığına görə bütün sahələr üzrə əlaqələr üçün münasibdir.

Kərkük bölgəsi İraqda bir neçə müharibə və təhlükə şəraitini sovuşdurub. Artıq bölgədə yenidənqurma, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirliməsi vaxtıdır. ”- deyə Prof. Saleh Hüseyn bildirib.

Universitet müəllimi Kərkükdə müalicə imkanlarının az olduğuna toxunaraq şəhərin sakinlərinin Təbrizin müalicə mərkəzlərindən istifadələrinə şərait yaradılmasını xahiş edib.

Təbrizin Şəhər Şurasının sədri Şahram Dəbiri Təbrizlə Kərkükün qardaş şəhər elan olunmasını təklif edərək Təbrizdə mövcud potensiallar barədə danışıb.

“Təbriz tarixi şəhər olaraq ticarət, istehsal və sənaye sahələri üzrə malik olduğu imkanlarla yanaşı turizm üzrə də iraqlı qonaqlara evsahibliyi edə bilər.

Həmçinin Təbriz və Kərkük hava limanları arasında uçuşların təşkili iqtisadi, ticarət və mədəni sahələrdə fəaliyyət göstərənlərə şərait yarada bilər. ”-deyə Dəbiri bildirib.

Xatırladaq ki, Kərkük Bağdaddan şimala sarı 250 kilometr məsafədə yerləşir və neft resursları baxımdan İraqın böyük potensiala malik şəhərlərindən biri hesab olunur.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …