Bazar ertəsi , İyun 17 2024
azfa

Kahramanmaraş zəlzələlərində həyatını itirənlərin sayı 25 minə yaxınlaşdı

GADTB: Türkiyənin vitse-prezidenti Fuad Oqtay Qahramanmaraşda baş verən zəlzələlərdən sonra Fövqəladə Hallar İdarəsi – AFAD-ın koordinasiya mərkəzində aparılan işlərlə bağlı açıqlama verib

Kahramanmaraşda fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 24 min 617 nəfər həyatını itirib.

Türkiyənin vitse-prezidenti Fuad Oqtay Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Fövqəladə Hallar İdarəsi – AFAD-ın koordinasiya mərkəzində aparılan işlərlə bağlı açıqlama verib.

Sahədə 32 min 71 axtarış-xilasetmə qrupunun var gücü ilə çalışmalarını davam etdirdiyini bildirən F.Oqtay axtarış-xilasetmə işlərində K9 itlərindən və mövcud bütün texnologiyadan maksimum istifadə edildiyini söyləyərək deyib: “Daha çox adamı qurtarmağa çalışdıq. Kədərli xəbərlərdən ən acısı həyatını itirən bacı-qardaşlarımızdır. Təəssüf ki, sayı artmaqda davam edir. 24 min 617 nəfər həyatını itirib. Arzumuz axtarış-xilasetmə işlərinə vasvasılıqla davam etmək və ümidimizi son ana qədər qorumaqdır.

Zəlzələ nəticəsində yaralananların sayı 80.278 nəfər, dağılan binaların sayı isə 12 min 141-dir.

Köçürmə əməliyyatları davam edir. Təxliyyə mərkəzlərini tərk edənlərin sayı hal-hazırda 111 min 500 nəfərdir.”

Həmçinin yoxlayın

Səyyad Məhəmmədian girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qoşaçaydan olan Azərbaycan milli hərəkatının tanınmış fəalı Səyyad …

Molla rejimi həbs etdiyi azərbaycanlı vəkil hələ də zindanın karantin bölməsində həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Tehrandakı Evin zindanında həbsdə …