Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Keyleybərin millət vəkili İranın Azərbaycana qarşı müstəmləkə siyasətini tənqid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kəleybər şəhərindən İran məclisindəki millət vəkili Hüseyin Hatəmi İranın Azərbaycana qarşı müstəmləkə siyasətinə itiraf edərək bu yanaşmaya etiraz edib.

Yanvarın birində Təbrizin Ticarət Palatasında İranın Mədən və Sənaye nazirinin iştirakı ilə keçirilən toplantıda Hüseyin Hatəmi mədənlərlə bağlı olan ayrıseçkiliyə etiraf edərək, deyib: “Mədənlərdən çıxarılan faydalı maddələr başqa vilayətlərə tullantıları isə Azərbaycana qalır.”

Hatəmi, ölkədə mədənlərin təsnifatının mədəndən “əldə edilən faydalı material” və “tullantı”ya bölündüyünü, bu bölgüdə Azərbaycanın payına tullantıların düşdüyünü deyib.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin vəhşicəsinə talayıb, Azərbaycanı isə ekoloji fəlakətlə qarşı-qarşıya qoyur.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …