Cümə axşamı , Oktyabr 3 2024
azfa

Kiyev yaxınlığında rusların törətdiyi qətliama aid daha bir kütləvi məzarlıq tapıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın Kiyev vilayətinin işğaldan azad edilmiş ərazilərində Rusiya hərbçilərinin mülki əhaliyə qarşı qəddarlıqlarına dair sübutlar tapılmaqda davam edir. Belə ki, Buzovaya kəndində daha bir kütləvi məzarlıq tapılıb.

Bundan başqa sakinlər yollarda öldürülən onlarla dinc sakin barədə danışıblar.

“Berezovkadan Dmitrovkaya gedən bütün yol boyu 50-dən çox insan həlak olub. Onlar güllələniblər”, – deyə sakinlərdən biri bildirib.

Bir müddət əvvəl isə Buça meri Anatoli Fedoruk şəhərdə nəzarəti bərpa etdikdən sonra burada 280 insanın dəfn olunduğu kütləvi məzarlıq aşkarlandığını bildirmişdi.

Bu arada isə Ukrayna Rusiyanı hərbi cinayətlərlə bağlı beynəlxalq məhkəməyə verəcəyini bildirir.

Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı deyib ki, rus hərbçilərinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq tribunalın və Ukraynaya dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılması üzərində iş aparılır.

“Biz rus ordusunun ədalət qarşısında cavab verməsi üçün beynəlxalq tribunalın yaradılması üzərində işləyirik. Dövlətimizə dəyən zərərin ödənilməsi üçün beynəlxalq mexanizm hazırlayırıq. Biz dağılmış hər şeyi bərpa edəcəyik, hər bir günahkarı cəzalandıracağıq”, – Zelenski bildirib.

Video: //baku.tv/az/dunyaa/52685/

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …