Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticə ilə Miyandab komandası 33 xalla turnir cədvəlinin lideri mövqeyini möhkəmləndirib, «Ronahi» isə üçüncü yerdə qərarlaşıb.

Lakin hadisələr bununla bitməyib. Oyunun sonunda köçəri kürdlərin stadionda vəziyyəti qarışdırmağa və gərginlik yaratmağa çalışdıqları bildirilir. Bu hadisələr zamanı Miyandab komandasının futbolçuları və digər nümayəndələri döyülüb.

Hələlik vilayətin Gənclər və İdman İdarəsi, eləcə də Futbol Federasiyasının intizam komitəsi tərəfindən məsələ ilə bağlı hər hansı açıqlama və ya rəsmi bəyanat verilməyib. Hadisənin təfərrüatları məlum olduqca əlavə məlumat veriləcək.

https://t.me/GADTB1/60265

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …