Cümə , Aprel 19 2024
azfa

Köln erməniləri “ermənilərin soyqırımı”nın saxta olduğuna etiraf etdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Köln şəhərinin hakimiyyət orqanları ermənilərin Şərqi Anadoludan Suriyaya köçürülməsi ilə əlaqədar bu xalqın nümayəndələrinin “soyqırımı” adlandırdıqları əməliyyatın qurbanlarının xatirəsinə həsr olunmuş memorialı, çox güman, sökəcəklər. Memorial qabaqcadan razılaşdırılmadan və müvafiq icazə alınmadan bir neçə gün əvvəl həyasızcasına açılıb. Sadəcə Yerevan ətrafındakı gecəqondu tipli tikililər kimi gecənin bir aləmində qoyulub.

Köln İnzibati Məhkəməsi aprelin 19-da memorialın sökülməsi barədə qərar qəbul edib.

“Soyqırımını unutmamalı” təşəbbüs qrupunun fəalları aprelin15-də Hohenzollern körpüsü yaxınlığında 1,5 metr hündürlüyündə polad abidə ucaldıblar. Oxla parçalanmış tunc nar (ərikdən sonra indi də narı ”ermələrinkiləşdirmək” istəyirlər) ilə tamamlanan üçüzlü piramida tamamilə zövqsüz və estetik baxımdan eybəcərdir.

Memorialın üzərində erməni, ingilis, alman dillərində və… nə üçünsə türk dilində həkk edilmiş yazıda deyilir: “Bu ağrı hamımıza toxunur”. Doğrudur, başa düşmək olmur ki, bu mənasız abidənin müəllifləri nə üçün öz “ağrısını” (əslində elə buna layiqdirlər) başqalarına sırıyırlar və hesab edirlər ki, o, “hamıya” aiddir.

Müəlliflər təşviş içində özlərinin abidə yaratmaq hüququnu məhkəmədə müdafiə etməyə çalışıblar və fikirlərini bununla əsaslandırıblar ki, memorialın qoyulmasını vətəndaşların başlıca hüququ olan öz fikrini azad ifadəetmə hüququ təmin edir. Bununla da onlar Avropa İnsan Haqları Məhkəməsinin bir neçə il əvvəl “Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə çıxardığı qərarla razılaşıblar. Həmin qərara görə, 1915-ci il soyqırımı haqqında bütün fikirlər hamılıqla qəbul edilmiş fakt deyil, yalnız və yalnız rəydir.

Ancaq bu arqument hakimin gülüşünə səbəb olub və təbii ki, onu rədd edib. Hakimin sözlərinə görə, müəlliflərin ictimai yerlərdən xüsusi əsasda istifadə etmələrinə icazə yoxdur və onlar belə bir icazə almaq iddiasında ola bilməzlər. Hakim qərar çıxararkən deyib: “Memorialın yaradılması hüququ öz fikrini sərbəst ifadəetmə hüququndan irəli gəlmir, çünki ictimai yerlərdə abidələr qoyulması bu hüquqla tənzimlənmir”.

Əgər hər kəs özünün şəxsi fikri hüququ əsasında şəhərin mərkəzində memorial qoysa, onda axmaqların əlindən rahatlıq olmaz.

Ermənilərin təşəbbüs qrupu məhkəmənin qərarı ilə əlaqədar Münster əyalətinin Ali İnzibati Məhkəməsində mübahisə qaldıra bilər, amma artıq belə görünür ki, bu, heç ağlabatan iş deyildir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın