Bazar ertəsi , Fevral 9 2026
azfa

Koronavirus təhlükəsinə görə azərbaycanlı milli fəal Əkbər Nəimi məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin iki ay öncə həbs etdiyi azərbaycanlı milli fəal Əkbər Nəimi koronavirus təhlükəsinə görə  Tehranın Evin Zindanından məzuniyyətə buraxılıb.

Əkbər Nəimi bundan öncə ailəsi ilə telefon əlaqəsi saxlayaraq Evin zindanının 209-cu bölməsinin ümumi kamerasına köçürüldüyünü bildirmişdi.

Qeyd edək ki, rejimin Tehrandakı İnqilab Məhkəməsinin Evin zindanındakı şöbəsi azərbaycanlı milli fəal barəsində 200 milyon tümənlik mülki vəsiqə qərarı çıxarmışdı. Lakin fəalın ailə üzvləri fevralın 19-da mülki vəsiqə girov qoymaq üçün şöbəyə müraciət etsə də, hakim onun zaminə buraxılmasına icazə verməmişdi.

Azərbaycanlı fəal Əkbər Nəimi yanvarın 22-də, öz iş yerində saxlanmış və naməlum istiqamətdə aparılmışdı. Saxlandıqdan sonra təhlükəsizlik orqanlarının əməkdaşları onun evində axtarış aparmış, fəala məxsus notbuk, mobil telefon və kitabları özləri ilə götürmüşdür.

Əslən Güney Azərbaycanın Xoy şəhərindən olan Əkbər Nəimi bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Dərnəyi”nin təsisçilərindən biridir.

Həmçinin yoxlayın

“World Defence Show 2026”-da Azərbaycanın 180 adda hərbi məhsulu nümayiş olunur

GADTB: Azərbaycanın Müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı …

Təbriz Universitetinin əczaçılıq fakültəsinin tələbəsi Selin Radmehr saxlanılıb

GADTB: Təbriz Universitetinin əczaçılıq fakültəsində təhsil alan 24 yaşlı Selin Radmehr bazar günü, 19 bəhmən …

Bir cavab yazın