Çərşənbə axşamı , İyul 8 2025
azfa

Koronavirus təhlükəsinə görə Məhəmməd Əbdülməhəmmədzadənin məzuniyyəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbsə məhkum etdiyi azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadənin koronavirus təhlükəsinə görə məzuniyyət müddəti uzadılıb.

Rejimin Təbrizdə yerləşən zindanının 12-cı bölməsində saxlanılan Məhəmməd Əbdülməhəmmədzadə koronavirusun həbsxanada yayılması üzündən iyul ayında 30 gün müddətinə məzuniyyətə buraxılıb.

Azərbaycanlı milli-mədəni fəal məzuniyyət müddətinin bitdiyi üçün avqustun 20-də zindana müraciət edib. Lakin zindan məsulları koronavirus təhlükəsinə görə fəalın məzuniyyətinin uzadıldığını bildiriblər.

Qeyd edək ki, Məhəmməd Əbdülməhəmmədzadə 2018-ci ilin oktyabr ayının 10-da ETTELAAT qüvvələri tərəfindən yaxalanmış, daha sonra məhkəməyə qədər girov qarşılığında zaminə buraxılmışdır.

Azərbaycanlı fəal 2018-ci ilin dekabr ayında rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən şərlənərək “İran rəhbərini təhqir” və “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 27 ay həbsə məhkum edilmişdir.

Keçən ilin fevral ayının 2-də isə rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi həmin məhkəmə qərarını qüvvədə saxlamışdır.

Həmçinin yoxlayın

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Washington Post: “Evin zindanından İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi”

GADTB: Amerika mənbələri, o cümlədən Washington Post qəzeti Tehrandakı Evin həbsxanasının İslam Respublikasının İsrailə qarşı …

Bir cavab yazın