Bazar , Dekabr 22 2024
azfa

Koronavirus taunun Avropada oynadığı rolu Şərqdə oynayır: azan dəyişdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, taunun Avropada intibaha yol açdığı kimi müsəlman aləmində də koronavirus dəyişikliklərə səbəb olur.

Dini mərkəzlərin koronavirusa yoluxanlara şəfa verəcəyini deyən mollaların koronavirusa tutulub ölməsinin davamında Küveytdə artıq azana dəyişiklik edildi.

Koronavirusa qarşı tədbirlər çərçivəsində namaz qaydalarında bəzi dəyişikliklər edilib. Namaza çağırış olan azanın mətni dəyişilib.

Belə ki, azanda istifadə olunan “hayya alas-salah” (namaza gəlin) ifadəsi, “al-salatu fi buyutikum” (namazı evinizdə qılın) ifadəsi ilə əvəz olunub.

Küveyt Vəqflər və İslam nazirliyi bunun islamda insanların həyatının hər şeydən önəmli olması zərurətindən irəli gəldiyini deyib.

Qeyd edəkki, indi artıq İran başda olmaqla müsəlman aləmi məscid, ziyarətgah və dini mərkəzləri bağlayıblar. Onlar gözləyir ki, kafirlər (avropalılar və amerikalılar) koronavirusa dərman tapsınlar və onlar yenə məscid və ziyarətgahlara tolaşıb kafirlərin məhv olması üçün dua etsinlər.

Kuveytdə koronavirus azanı dəyişdi

Publicerat av Ali Huseyn Lördag 14 mars 2020

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …

Bir cavab yazın