Şənbə , Sentyabr 19 2026
azfa

Kürd Terror Təşkilatı Urmiya gölünün qurudulması bəhanəsi ilə Azərbaycanı Kürdüstan adlandırıb

GADTB: Urmiya gölü ətrafında yaşamayan və rejimin əlində alətə çevrilərək Azərbaycana köçməkdə olan kürdlərə aid terror təşkilatı Urmiya gölünün qurudulması bəhanəsi ilə Azərbaycanı Kürdüstan adlandırıb.

Urmiya gölünün qurudulması fəlakəti Azərbaycanda uzun illər davam edən yanlış idarəçilik və struktur ayrı-seçkiliyinin nəticəsi olduğu halda, “İran Kürdüstanı Demokrat Partiyası” adı ilə tanınan terror qruplaşması bu dəfə də bu ekoloji fəlakətdən bəhanə kimi istifadə edərək, təxribatçı və hesablanmış bir addımla Azərbaycan ərazisini növbəti dəfə “İran Kürdüstanı” kimi təqdim edib.

Hələ keçmişdən Güney Azərbaycan türk millətinə qarşı qətlam tprətmiş həmin terror qruplaşması Urmiya gölünə mərhəmət pərdəsi altında ekoloji böhrandan sui-istifadə edərək Qərbi Azərbaycan haqqında yalan iddialar irəli sürüb.

Qeyd edık ki, terrorçu kürdlər hər zaman molla rejimin əlində alətə çevrilib və Azərbaycana köçməklə buranı kürdləşdirməyi qarşıya məqsəd qoyublar. Onlar hətta heç vaxt molla rejimin Urmiya gölünü qurutmasına da etiraz etməyiblər.

Həmçinin yoxlayın

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …

Təbrizdə SEPAH-ın Kəşfiyyat İdarəsinin müdaxiləsindən sonra döyülən yeniyetmənin ailəsi çağırılıb

GADTB: Təbrizdə bir yeniyetməyə qarşı polis əməkdaşlarının zorakı və təhqiramiz davranışını əks etdirən videonun geniş …