
GADTB: Bu gün Urmiya şəhərinin Elektrik Enerji İdarəsinə silahlı basqın edilib. Silahlı hücumu törədən şəxsin kürd narkobaron Naci Şərif Zindəştinin qardaşı oğlu olduğu bildirilib.
Məlumata görə, polislər tərəfindən silahla vurulan Zindəştinin qardaşı oğlu xəstəxanaya aparılıb.
Qeyd edək ki, SEPAH-a yaxınlığı ilə tanınan, narkotik mafiyasının lideri və hazırda “xeyriyyəçi iş adamı” kimi qələmə verilən Naci Şərif Zindəşti həm də kürd silahlı qruplaşmaları ilə əlaqəli şəxs sayılır.