Çərşənbə , İyul 24 2024
azfa

Kürd valinin Sulduza təyin etdiyi qubernatoru tənqid edən 2 azərbaycanlı gənc cəzalandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi kürd valisinin Sulduza təyin etdiyi qubernatoru tənqid edən Güney Azərbaycanın Sulduz şəhərində azərbaycanlı fəallar Həsən Cavadzadə və Əli İbrahimzadə barəsində həbs və cərimə cəzası çıxarıb.

Fəallar Sulduz qubernatoru Mənuçöhr Şakiri tənqid etdiklərinə görə cəzalandırılıblar.

Sulduz qubernatoru onları  “Təhqir etmək və yalan yaymaq”da ittiham edib. Onun etdiyi şikayət əsasında “Bizim Sulduz” sosial şəbəkəsinin məsulu Həsən Cavadzadə 40 milyon rial nağd cəriməyə, Əli İbrahimzadə də 40 milyon rial nağd cərimə və 53 gün həbs cəzasına məhkum edilib.

Aprelin 6-da keçirilən məhkəmə iclasında şikayətçi qubernator və onun vəkili iştirak etməyib.

Bundan öncə isə Sulduz qubernatorunun iki jurnalisti öz kabinetində döyməsi ilə bağlı video yayılmışdı.

Həmçinin yoxlayın

Türk ölkələri Qazaxıstan və Özbəkistan yeni T916 hava dəhlizini açdı

GADTB: Dəhliz Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün nəzərdə tutulmuş əlavə marşrutlardan biridir Qazaxıstan və Özbəkistan …

Azərbaycanlı futbolçu Əmir İbrahimzadə “Traxtur”dan çıxarılıb, xorvatiylı fubolçu gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən mövsüm “Traxtur”un heyətində olmaq fürsəti qazanan Azərbaycanın …