Bazar ertəsi , Yanvar 17 2022
azfa

Kürdlər Azərbaycan abidələrini Sulduzda dağıdıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində ucaldılan və bu şəhərə ilk avtomobilin gəlişini simvolizə edən Qarapapaq heykəli dağıdılıb.

Şəhərin Qalabaşı məhəlləsində quraşdırılmış heykəl naməlum şəxslər tərəfindən martın 22-dən 23-ə keçən gecə dağıdılıb.

Bundan öncə isə Sulduzun müxtəlif bölgələrində bir sıra mədəniyyət abidələrinə qarşı da bu kimi hərəkətlər edilmişdi.

Ötən ilin dekabr və bu ilin yanvar aylarında Sulduzun Azərbaycan meydanında quraşdırılan Azərbaycan tablosu və şəhərin mərkəzindəki Çillə simvolu da kürdlər tərəfindən dağıdılmışdı.

Qeyd edək ki, mühacir kürdlər Azərbaycan ərazilərinə köçüb gələndən sonra bu ərazilərə qarşı idda irəli sürüb və Azərbaycan mədəniyyəti ilə bu şəkildə düşmənçilik etməyə başlayırlar.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …