Bazar , Oktyabr 25 2026
azfa

Kürdlərlə İran televiziyası Azərbaycanın müqavimət simvolu Kazım xan daşını kürd abidəsi kimi qələmə verdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran televiziyası ilə kürdlər birlikdə Güney Azərbaycanın tarixi və təbii abidələrini kürdlərin yurdu kimi təqdim  etməyə davam edirlər.

İran Televiziyasının 1-ci kanalında yayımlanan kürdcə “Nun X” serialında Qərbi Azərbaycan əyalətinin bir çox bölgələri kürd ərazisi kimi qələmə verilmişdi.

Serialın son bölümünün final klipi Urmiya gölünün kənarında yerləşən Güney Azərbaycanda müqavimət simvolu olan Kazım xan daşı” qalasının qarşısında kürd dilində və kürd rəqsi ilə icra edilib. Beləliklə Azərbaycanın həmin abidəsi də kürd abidəsi kimi təqdim edilib.

İrqçi fars rejimin terrorçu kürdlərlə Azərbaycan ərazilərinə belə iyrənc planlar cızması isə Azərbaycan türk millətinin ciddi etirazına səbəb olub. Hətta kütləvi nümayişlərə belə çağırışlar edilməkdədir.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Salar Tahir Əfşarın ikinci doğum günü həbsdə – Mübariz fəalın ailəsindən duyğusal məktub

GADTB: Azərbaycanlı milli fəal Salar Tahir Əfşar ikinci ildir ki, doğum gününü Evin həbsxanasında keçirir. …

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …