Bazar , Oktyabr 18 2026
azfa

Kütləvi etirazlarla bağlı rejimin həbs etdiyi azərbaycanlı idmançı barədə ağır həbs qərarı təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimin Ali Məhkəməsi 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı həbs edilən azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadə barədə çıxarılan 6 il həbs və 10 il sürgün qərarını təsdiq edib.

Səhəndin vəkili Hamid Əhmədinin yaydığı məlumata görə, çıxarılan qərarın İran Məhkəməsinin Hökmlərin İcrası İdarəsinə göndərildiyi üçün ondan şikayət verməyin mümkün olmayacaq

Qeyd edək ki, Səhənd Nurməhəmmədzadı 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb. Molla rejimi belə sadə ittiham üçün gəncə ölüm hökmü çıxarmışdı. Qərara ciddi və geniş etirazlardan və onun barəsində çıxarılan qərardan şikayət edildikdən sonra ölüm hökmü 6 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzası ilə dəyişdirilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …