
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Evin sözçüsü Karolin Levit deyib: “Prezident Tramp İrana qarşı sərt sanksiyalar tətbiq edib və Tehranın razılığa gəlmək və ya ağır bədəl ödəmək arasında seçim etmək şansı olduğunu bildirib!
İran diplomatiyanı seçməsə, bunun ağır nəticələri olacaq.
İranla danışıqlar gələn şənbə günü birbaşa keçiriləcək! Biz gələn şənbə günü İranla aparacağımız danışıqlar haqda əvvəlcədən mühakimə yürüdə bilmərik”.
O, h’m,inin jurnalistlər üçün mütəmadi brifinqdə İran tərəfinin gələcək əlaqələrin vasitəçi vasitəsilə aparılacağı barədə bəyanatlarını şərh edərkən belə açıqlama verib.
“Şənbə günü birbaşa danışıqlar olacaq. Lakin mən [Amerika Prezidenti Donald] Trampı [bu barədə] hər hansı əlavə təfərrüatların açıqlanmasında qabaqlamayacağam”, – Livitt qeyd edib.
Xatırladaq ki, aprelin 7-də yazışmalar nəticəsində tərəflərin danışıqların ilk raundunu aprelin 12-də Omanda keçirməyi razılaşdırdıqları məlum olub. Görüşün əsas iştirakçıları Araqçi və Amerika prezidentinin xüsusi elçisi Stiven Uitkoff olacaq. Trampın aprelin 7-də açıqladığı məlumata görə, Amerika – İran əlaqələri birbaşa olacaq. Bununla belə, İran diplomatiyasının başçısının sözlərinə görə, Tehran Amerikanın təzyiqindən qaçmaq üçün Amerika ilə danışıqları vasitəçilərlə aparmaq variantını seçib və Omandakı görüşdən sonra formatı dəyişdirməyi planlaşdırmır.