Litva Parlamenti Çinin Uyğur Türklərinə qarşı soyqırımını tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Litva Parlamenti, Çinin Şərqi Türküstanda soyqırım törətdiyinə dair qərar qəbul edib. Uyğurlara qarşı ciddi insan hüquqları pozuntularını soyqırım kimi tanıyan Litva, ABŞ, Kanada, Hollandiya və İngiltərədən sonra bu qərarı verən beşinci ölkə oldu.

Dünən Litvada, Çinin Şərqi Türküstandakı Uyğurları və digər Türk xalqlarını hədəf alan insan hüquqları pozuntularının soyqırımı kimi tanınması üçün bir səsvermə keçirildi. Reuters-də paylaşılan xəbərə görə, Litva Parlamenti Çinin Uyğur azlıqlarına qarşı qətliamı “soyqırım” kimi xarakterizə edən qərar layihəsini qəbul etdi.

Qərarda Birləşmiş Millətlər Təşkilatının toplama düşərgələrini araşdırması istənildi və Avropa Komissiyasından Pekin ilə əlaqələrinə yenidən baxması istənildi. Litvalı millət vəkili Dovile Sakaliene, həmin qərarla xoşbəxtliyini bölüşdüyünü söyləyərək, “Demokratiyanı dəstəkləyirik, çünki bir kommunist rejiminin işğalı altında yaşamağın vəhşicəsinə dərsini heç vaxt unutmayacağıq” dedi. Sakaliene, Çin tərəfindən qara siyahıya alınan parlamentarilər arasında idi və qərarı dəstəklədi.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …