GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən peycerlərin partlamasından sonra Livanda bu gün də telsiz rabitə vasitələrində partlayış olub. Hələlik üç nəfərin öldüyü 100-dən çox adamın yaralandığı bildirilir.
Qeyd edək ki, dünən “Hizbullah” üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. “Hizbullah” buna görə İsraili ittiham edib.