GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib. Məhəmməd Cavad Zərif 10 gün işlədikdən sonra istefa verib.
O, bununla bağlı, dünən “X” hesabında paylaşım edərək yazıb: “Əlbəttə, işimin nəticəsi məni qane etmir… hər halda, bu, ilk təcrübə idi, çatışmazlıqlarla dolu idi və şübhəsiz ki, gələcəkdə daha da yaxşılaşacaq, ancaq digər problemlərlə yanaşı, bu, məni fəaliyyətimi universitetdə davam etdirməyə vadar etdi. Daxili siyasət dəhlizlərindəki işləri izləyə bilmədiyim üçün İran qarşısında üzr istəyirəm. Bəziləri məni tez əsəbləşən hesab edirdi. Düşünürəm ki, son 12 ildə hücumlara daha çox səbir və müqavimət göstərmişəm”.