Çərşənbə axşamı , İyul 27 2021
azfa

Mərənddə azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Mərənd şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal Tehran da həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə divarlara posterlər yapışdırdılar.

Azərbaycanlı siyasi məhbusun şəklinin də olduğu posterlər Mərənd şəhərin müxtəlif yerlərində, o cümlədən Səttarxan meydanında divarlara yapışdırılıb.

Yapışdırılan posterlərdə “Əlirza Fərşi azad olsun” şuarı yazılıb. Beləliklə azərbaycanlı fəallar Əlirza Fərşiyə azadlıq tələb ediblər.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı fəalı şərləyərək martın 31-də İslam Cəza Qanununun 610-cu maddəsinə istinadən “ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, eyni qanunun 500-cü maddəsinə istinadən “Sistemə qarşı təbliğat” ittihamı ilə 8 ay həbs cəzasına məhkum etmişdi.

Həmçinin rejimin Tehran şəhərindəki İnqilab Məhkəməsinin 26-cı şöbəsi fəalı sevilən mədəni və xeyriyyə əməllərinə görə şərləyərək  “Keçmişdə cinayət törətmə”də ittiham edib və buna görə onu 2 il müddətinə ictimai fəaliyyət göstərmək, partiya və qruplara üzv olmaq hüququndan məhrum etmişdi. Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarmışdı.

Əlirza Fərşi Güney Azərbaycanın kəndlərində türk dilində nəşrlərdən ibarət kitabxananın yaradılmasına təşəbbüs etdiyi və Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün həbs edilib.

Fərşi 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Beynəlxalq Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunub. Təkcə həmin məsələyə görə azərbaycanlı fəal 2 il həbs, 2 il sürgün cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …