GADTB: Bu gün Məsud Pezeşkianın sərəncamı ilə Məhəmməd İslami yenidən ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri təyin edilib.
Bununla bağlı, SEPAH-a yaxınlığı ilə tanınan “Tasnim News” məlumat yayıb.
Bildirilib ki, Məhəmməd İslami həm də prezidentin müavini vəzifəsinə təyin olunub.
Məsud Pezeşkian həmçinin bu gün sərəncam imzalayaraq Hüseyn Əfşini texnologiya və fundamental iqtisadiyyat elmləri üzrə müavini vəzifəsinə təyin edib.
Qeyd edək ki, Hüseyn Əfşin Şərif Texnologiya Universitetinin professorudur. O, bir müddət Enerji, Su, Ekologiya Elmləri və Texnoloji Tədqiqat İnstitutuna rəhbərlik edib.
Əhəmməd Şəriətmədari isə Məsud Pezeşkianın sərəncamı ilə İranın Prezident Administrasiyasının rəhbəri təyin edilib.
O, əvvəllər Kəşfiyyat və Təhlükəsizlik (ETTELAAT) nazirinin müavini, ticarət və sosial rifah naziri vəzifələrində çalışıb.