
GADTB: Azərbaycanın Təraxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad Adil Firdovsipurun “360” proqramında İran coğrafiyasının futbolunda “totalitar azlıq”ın mövcudluğunu vurğulayaraq bildirib ki, bu cərəyan onilliklər ərzində hakimlikləri və futbolda qərar qəbuletmə mühitini öz inhisarında saxlamağa çalışıb.
O əlavə edib ki, Təraxtur bu gün bu “totalitarçılığın” və sözügedən azlığın qarşısında dayanıb və məhz buna görə də ciddi təzyiq və ağır tədbirlərin hədəfinə çevrilib.
Məhəmməd Həsənnejad Təraxturun futbolçularına qarşı təhqirlərə də toxunaraq vurğulayıb ki, əgər təhqir və çərçivədən kənar davranışlar qınanılırsa, bu meyar hamıya eyni şəkildə tətbiq edilməlidir. O bildirib ki, Beyranvənd və Şüca Xəlilzadəyə qarşı genişmiqyaslı təhqirlərə susmaq, lakin Azərbaycan Təraxtorunun üzvlərinin reaksiyasına ən sərt tədbirlərlə cavab vermək olmaz.
O deyib ki, Xudadad Əzizinin səbri tükənib və bu totalitar azlıqla mübarizə aparmaq üçün artıq mənfi mübarizədən başqa yol qalmayıb.
Qeyd edək ki, İran Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan Təraxturuna qarşı düşmənçiliyini davam etdirərək komandanın idarəçisi Xudadad Əzizini 4 ay müddətinə futboldan uzaqlaşdırıb. Halbuki əvvəlki iki komandanın oyununda gərginlik və şifahi qarşıdurmaya səbəb olan Gol-Göhri Sircanın futbolçusu Omid Əlalişah cəmi 4 oyunluq məhrum edilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi